06 dekabr 2022 11:51
611

İlon Mask və Ceff Bezos Bakıya gələ bilərlər?!

“Amazon”un təsisçisi Ceff Bezos, həmçinin “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask gələn ilin oktyabrında Bakıya səfər edə bilərlər".

“İki sahil” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

O, bu şəxslərin 2023-cü il oktyabrın 2-6-da Azərbaycanda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirakının mümkün olduğunu bildirib.