06 dekabr 2022 12:16
694

İranda yeni neft yataqları kəşf olunub

İranda yeni neft yataqları kəşf olunub.

“İki sahil” xəbər verir ki, bunu İranın Milli Neft Şirkətinin kəşfiyyat işləri üzrə şöbə rəisi Mehdi Fəkur deyib.

O bildirib ki, yeni neft ehtiyatları ölkənin cənub-qərbində aşkar edilib.

Nazir həmçinin, Fars Körfəzinin sularında dəniz kəşfiyyat blokunun iranlı mütəxəssislər tərəfindən layihələndirildiyini bildirib. "Bu kəşfiyyat blokunda qaz ehtiyatlarının həcmi 30 trilyon kub futdan çoxdur", Mehdi Fəkur deyib.

Nazir İranın ilk dəfə neft və karbohidrogen yataqlarının müəyyən edilməsi üçün təyyarədən istifadə edərək Yer səthinin 7 min metr dərinliyinə qədər hava maqnitometriya metodundan istifadə etməyə nail olduqlarını açıqlayıb.