07 dekabr 2022 10:10
414

Neftimizin qiyməti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 6-da 82,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5 dollar/barel azdır.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 79,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 45,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,01 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 80,53 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 5,06 dollar/barel azdır.

Trend