07 dekabr 2022 10:22
581

Azərbaycanda 44 hotel ulduz dərəcəsi alıb

Azərbaycanda 2 ildir ki, həyata keçirilən Milli Ulduz Təsnifatına indiyə qədər 150 hotel müraciət edib, onlardan 100-ə yaxının müraciətinə baxılıb və 44 hotel 5, 4 və 3 ulduz dərəcəsinə layiq görülərək müvafiq sertifikatlarla təltif edilib.

“İki sahil” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

O, bu barədə “Azərbaycan Hotel Assosiasiyası” İctimai Birliyinin V Baş Assambleyasında danışıb.

“Turizm haqqında” yeni qanuna görə hər bir mehmanxana fəaliyyətə başladığı vaxtdan 6 ay ərzində ulduz üçün müraciət etməlidir", - deyə sədr xatırladıb.