07 dekabr 2022 10:53
468

Azərbaycan KOB-ları məhsullarını Ciddədə keçirilən sərgidə təqdim ediblər

Dəstək Proqramı çərçivəsində Azərbaycan KOB-ları məhsullarını və xidmətlərini Səudiyyə Ərəbistanında keçirilən sərgidə təqdim ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov özünün “Twitter” hesabında yazıb.

“Azərbaycan KOB-ları məhsullarını və xidmətlərini Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sərgisində təqdim edib”, - O. Məmmədov bildirib.

O qeyd edib ki, yerli KOB-ların beynəlxalq satış bazarlarına çıxışına dəstək davam etdirilir.