07 dekabr 2022 12:17
527

Azərbaycanda aqrar məhsullarının emalına 70 mln manata yaxın güzəştli kredit ayrılıb

Azərbaycanda 2018-ci ildən bu günədək kənd təsərrüfatı məhsullarının emalı üçün 73 layihəyə 70 milyon manata yaxın güzəştli kredit ayrılıb.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, Sahibkarlığın İnkişafı Fondu “Apiaz” MMC şirkətinə güzəştli kredit ayırıb: “2019-cu ildə "Apiaz" MMC-nin bal və bal məhsullarının istehsalı və qablaşdırılması layihəsinə 120 min manat güzəştli kredit verilib”.