07 dekabr 2022 12:31
539

Azərbaycan Qarabağda regional səviyyədə yeni iqtisadi imkanlar yarada bilər

Azərbaycan işğaldan azad edilmiş ərazilərində özü və ümumilikdə region üçün yeni iqtisadi imkanlarının yaradılmasını hədəfləyir.

“İki sahil” xəbər verir ki, bu barədə Dünya Bankının “Azərbaycan Yaşıl İnkişafa doğru” hesabatında bildirilib.

Sənəddə deyilir ki, işğaldan azad edilmiş, eləcə də münaqişənin təsir etdiyi bölgələrdə dayanıqlı şəkildə bərpa, yenidənqurma və reinteqrasiya işləri növbəti illərdə ölkənin əsas inkişaf prioritetlərindən biri olacaq.

"Azərbaycan post-pandemiya, post-münaqişə təsirləri altında və dəyişən geosiyasi landşaft şəraitində inkişaf mərhələlərindən keçir. Azərbaycan hökuməti bu qlobal tendensiyaları və çətinlikləri tanıyaraq ölkənin uzunmüddətli inkişafı üçün 2021-2030-cu illər üçün milli prioritetlərdən irəli gələn beş komponentə əsaslanan sosial -iqtisadi və ekoloji dayanıqlı inkişaf yolunu seçib. Milli prioritetlər, 2030-cu ilə qədərk dayanıqlı inkişaf sahəsində gündəlikdən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir. Bunlar dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış , təmiz ətraf mühit və "yaşıl artım" ölkəsidir", - deyə hesabatda qeyd olunub.