07 dekabr 2022 15:56
492

"Aztelekom”un baş direktoru işdən çıxarılmayıb- Nazirlik

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Aztelekom” MMC-nin baş direktoru Klaus Müllerin işdən çıxarılması xəbərini təkzib edib. 

Nazirlikdən “İki sahil”ə bildirilib ki, bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

"K.Mueller hazırda şirkətin rəhbəri kimi fəaliyyətini davam etdirir", - deyə qurum bəyan edib.