07 dekabr 2022 16:04
446

Türkiyə Azərbaycana polad ixracını artırıb

Türkiyə 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana polad ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 23.4 faiz artıraraq 121,5 milyon dollara çatdırıb.

“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Noyabr ayında Türkiyə Azərbaycana polad ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 15,1 faiz artıraraq 14 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz azalaraq 19,8 milyard dollara bərabər olub.

Bu ilin noyabr ayında Türkiyə 33,1 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 1,3 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (noyabr 2021- noyabr 2022) Türkiyə 22 milyard dollar məbləğində polad ixrac edib.