08 dekabr 2022 11:28
460

Agentlik: Yaxın zamanlarda Şuşaya turist səfərləri başlayacaq

"Yaxın günlərdə Şuşaya turist səfərlərinin başlaması üçün işlərimizi yekunlaşdırmaq üzrəyik".

“İki sahil” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev "Azərbaycan Turizm Sammiti 2022"də çıxışı zamanı deyib.

O bildirib ki, məqsəd Qarabağı turizm destinasiyası kimi tanıtmaqdır.

"Hazırda İşğaldan azad olunan ərazilərimizin turizm potensialının qiymətləndirilməsi üçün işlər davam etdirilir".