08 dekabr 2022 13:34
474

Aİ-nin Azərbaycana daha çox dəstək olacağı sahələr açıqlanıb

Avropa İttifaqının (Aİ) Azərbaycana daha çox dəstək olacağı ən mühüm sahələr açıqlanıb.

“İki sahil” xəbər verir ki,  bununla bağlı məlumat Aİ-nin “2022-ci il İllik araşdırma”sında qeyd olunub.

Məlumata görə, Aİ Azərbaycana maliyyə dəstəyi ilə bağlı 5 mühüm sahədə daha çox rol oynamalıdır. Həmin sahələr aşağıdakılardır:

1. İqtisadi inkişaf və ticarət;
2. Səhiyyə sistemi;
3. İş imkanları;
4. Təhsil;
5. İnfrastruktur.