08 dekabr 2022 15:30
511

ASCO-nun “Zığ” zavodunda bu il 30 gəmi təmir olunub

Bu il "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda 30 müxtəlif təyinatlı gəmi təmir edilib.

“İki sahil” xəbər verir ki, bu barədə "ASCO-dan bildirilib.

Məlumata görə, gəmilərin 13-ü əsaslı, 10-u tərsanə, 7-si cari təmirdən keçib.

“Bu üzən vasitələrin 29-u ASCO-ya, 1-i isə kənar təşkilata aiddir”, - məlumatda bildirilir.

ASCO geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri təqdim edir. Həm "Zığ" zavodunun əsas fəaliyyət istiqaməti ASCO-ya və başqa təşkilatlara məxsus gəmiləri və texniki avadanlıqları təmir etməkdən və onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri hazırlamaqdan ibarətdir.