“Rusiya və İran Azərbaycan üçün ənənəvi turist bazarlarıdır.”
Bunu “İki sahil”in qonşu ölkələrdə baş verən proseslərin ölkəmizə gələn turist sayına təsiri ilə bağlı sualını cavablandıran Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib.
O qeyd edib ki, biz prosesləri izləyirik və çox istərdik ki, hadisələr Azərbaycana gələn turist sayına təsir etməsin, yenə də həmin ölkələrdən çoxlu sayda turistlərimiz gəlsin: “Çünki ənənəvi turist bazarlarımız olan Rusiya və İran Azərbaycanla yaxın qonşudurlar. Üstəlik, bu ölkələrdən Azərbaycana təyyarə reyslərinin sayı da kifayət qədər çoxdur.”
Mahir Rəsuloğlu, “İki sahil”