08 dekabr 2022 19:45
483

Azərbaycan-Aİ Yüksək Səviyyəli İşçi Qrupunun ilk iclası keçirilib

Azərbaycan - Aİ İnvestisiyaların müəyyən edilməsi və prioritetləşdirilməsi üçün Yüksək Səviyyəli İşçi Qrupunun birinci iclası keçirilib.

“İki sahil” xəbər verir ki,  bu barədə iqtisadiyyat nazirinin müavini Elnur Əliyev məlumat verib.

“İclasda aidiyyəti dövlət qurumlarının, Avropa Komissiyasının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Avropa İnvestisiya Bankının nümayəndələri iştirak edib”, - deyə nazir müavini vurğulayıb.