09 dekabr 2022 11:09
361

Nazir müavini: Qeyri-qanuni daşımaların qarşısını ala bilmirik

Təəssüf ki, hələ də qeyri-qanuni sərnişindaşıma həyata keçirilir.

“İki sahil” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

“Davamlı tədbirlər keçirilməsinə baxmayaraq qeyri-qanuni daşımaların qarşısını ala bilmirik. Bunun qarşısının alınmasının ən müvafiq yolu qanunvericilikdə dəyişiklik etməkdir. Biletim.az qanunsuz sərnişindaşımaların da qarşısını alacaq”, - deyə nazir müavini qeyd edib.