09 dekabr 2022 18:14
526

Vergi xətti ilə büdcə daxilolmaları 7 mlrd. manata yaxın artıb

2022-ci ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 14 milyard 726 milyon 776 min manat vergi daxil olub.

Bu barədə "İki sahil"ə Xidmətdən bildirilib. Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 85 faiz və ya 6,7 milyard manatdan çox artıb. Bildirilib ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 7 milyard 583 milyon 62,2 min manat olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,2 faiz və ya 1,7 milyard manat çoxdur.

Bu dövrdə ödənilən vergilərin 51,5 faizi qeyri-neft-qaz sektorunun, 48,5 faizi isə neft-qaz sektorunun payına düşüb.