12 dekabr 2022 10:13
412

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,74% azalaraq, 1 797,3 ABŞ dollarına bərabər olub.

Bu barədə "İki sahil" birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 1,02% azalaraq, 23,48 dollar təşkil edib.