12 dekabr 2022 10:16
401

Nyu-York birjasında təbii qaz 9%-dən çox bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

“İki sahil” xəbər verir ki, yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 9,47% artaraq, 6,904 ABŞ dolları təşkil edib.