Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi sürətlə davam etdirilir.
“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov bildirib.
Onun sözlərinə görə, nəzərdə tutulmüş işlərinin bir hissəsi artıq tamamlanıb.
“Iayihələndirmə işləri, demək olar ki, tam yekümlaşıb, tikinti işlərində isə proqress 40%-dən artıqdır”, - Rövşən Rüstəmov deyə bildirib.