12 dekabr 2022 13:46
429

Azərbaycan bu il dəmir yolu ilə yükdaşımaları 23%-dən çox artıracaq

Azərbaycan dəmir yolları ilə bu il 18,5 mln. ton yüklərin daşınması proqnozlaşdırılır.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov bildirib.

​​​​​​​Onun sözlərinə görə, bu il dəmir yolları ilə yükdaşımalarda ciddi artım müsahidə edilir: “Əgər biz ötən il 15 mln. ton yük daşımışıqsa, artıq bu ilin 11 ayında 17 mln. ton yük daşınıb” - Rövşən Rüstəmov qeyd edib.

O əlavə edib ki, tranzit yükdaşımalarda ciddi artım qeydə alınıb, həm şərq-qərb, həm də şimal-qərb istiqamətləri üzrə artım müşahidə olunur.

Qeyd edək ki, bu il üçün götürülən proqnoz göstərici ilə ötən ilin yükdaşıma həcmini müqayisə etdikdə, 23%-dən çox artımın qeydə alınacağı ehtimal olunur.