13 dekabr 2022 11:44
426

Qırğızıstanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qırğız Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev ilə görüşüb.

“İki sahil” xəbər verir ki, KOBİA-da təşkil olunmuş görüşdə Azərbaycan və Qırğızıstan KOB-ları arasında əməkdaşlıq üçün geniş potensialın olduğu vurğulanıb, bu sahədə, eləcə də hər iki ölkənin bisneslərinin əlaqələndirilməsinə dair fikir mübadiləsi aparılıb.