13 dekabr 2022 14:57
395

Azərbaycan-Türkiyə-Türkmənistan Zirvə görüşündə müzakirə ediləcək məsələlər açıqlanıb

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində, həmçinin, iki, üç, dördtərəfli formatda əməkdaşlığımızı gücləndiririk.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avazada Azərbaycan-Türkiyə-Türkmənistan XİN rəhbərlərinin iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, sabah baş tutacaq Azərbaycan-Türkiyə-Türkmənistan Zirvə görüşündə energetika, kommunikasiya, ticarət, gömrük və digər sahələr üzrə müzakirələr aparılacaq və bölgənin həyatına təsir edəcək effektiv addımlar atılacaq.