14 dekabr 2022 15:43
419

Nazir müavini: İsveçrə şirkətləri Qarabağda tikinti layihələrində iştirak edə bilər

Yeni layihələrin icrası Azərbaycan və İsveçrə arasında əlaqələrin inkişafına töhfə verə bilər.

“İki sahil” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan – İsveçrə Biznes Forumunda iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bildirib.

"Qarabağ bölgəsi, Zəngilan, Qubadlı şəhərlərinin baş planında İsveçrə böyük rol oynayır. Bundan başqa, İsveçrə şirkətləri Qarabağda müxtəlif tikinti layihələrində iştirak edə bilər", - deyə nazir müavini bildirib.