Asiya İnkişaf Bankı (AİB) qlobal vəziyyətin pisləşməsi fonunda Asiya və Sakit Okean regionunun inkişaf etməkdə olan ölkələri üçün iqtisadi artım proqnozlarını aşağı salıb.
“İki sahil” xəbər verir ki, bu barədə AİB-in “Asiyanın İnkişaf Perspektivləri (ADO) 2022” illik əlavəsində bildirilib. AİB regionun iqtisadiyyatının bu il 4,2%, gələn il isə 4,6% artacağını proqnozlaşdırıb. AİB sentyabr ayında region üzrə iqtisadiyyatın 2022-ci ildə 4,3%, 2023-cü ildə isə 4,9% artacağını təxmin etmişdi.
AİB 2022-ci il üzrə Azərbaycanın da daxil olduğu Qafqaz və Mərkəzi Asiya üçün iqtisadi artım proqnozunu 3,9%-dən 4,8%-ə yüksəldib. Bu isə Rusiya-Ukrayna müharibəsinin gözləniləndən daha çox müsbət təsir göstərməsi ilə bağlıdır. Bank həmçinin, 2023-cü il üzrə regionda ÜDM-in 4,2% artaracağını proqnozlaşdırıb.