14 dekabr 2022 17:17
468

Azərbaycanda metanolun istehsalı 43%-dən çox artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 2 110,1 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 7,7%, rezin və plastik kütlə məmulatlarının istehsalında 6%, kimya sənayesi məhsullarının istehsalında isə 2,7% artıb.

Məlumata görə, hesabat dövründə rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 61,5%, kimya sənayesi məhsullarından metanol (metil spirti) istehsalı 43,3%, lak-boya məmulatlarının istehsalı 15,8% artıb, məsaməli polistirol lövhələr və zolaqların istehsalı isə 35% azalıb.