Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının ümumi qalığı 3,1 dəfə artaraq 7,6 milyard ABŞ dolları təşkil edib.
"İki sahil" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 17,7 milyard dollarlıq qalıq (1 il əvvələ nisbətən 4,5 dəfə çox), kapital hesabındakı 2 milyon dollarlıq qalıq (1 il bundan əvvəl kəsir olub), maliyyə hesabındakı 9 ,6 milyard dollarlıq kəsir (6,6 dəfə çox), balanslaşdırıcı maddələr üzrə 510,9 milyon dollarlıq kəsir (12,7 dəfə çox) hesabına formalaşıb.