15 dekabr 2022 10:38
360

Əmtəə bazarlarında qızılın ucuzlaşması davam edir

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,92% azalaraq, 1 801,9 ABŞ dollarına bərabər olub.

Bu barədə "İki sahil" birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 2,86% azalaraq, 23,45 dollar təşkil edib.