15 dekabr 2022 10:59
384

Azərbaycanda 10 milyon əhaliyə 13 milyon bank kartı düşür

Azərbaycanda 10 milyon əhaliyə 13 milyon bank kartı düşür.

“İki sahil” xəbər verir ki, bunu “Mastercard” beynəlxalq ödəniş sisteminin Azərbaycan və Türkiyə üzrə Baş Direktoru Avşar Gürdal deyib.

O bildirib ki, bank kartları ilə ödənişlərin 40%-i alış-verişlə (ticarətlə) bağlıdır. Hazırda Azərbaycanda ödəmələrin 60%-i “e-ticarət” vasitəsilə həyata keçirilir.

A.Gürdal əlavə edib ki, rəqəmsal ödəmələr 25%-ə yüksəlib, “Mastercard” bunun daha da artacağını gözləyir.