15 dekabr 2022 11:14
358

Azərbaycandan Avropaya bu il 10 milyard kubmetrdən artıq qaz ixrac edilib

Bu ilin 11 ayında operativ məlumatlara görə, Azərbaycanda hasil edilmiş 29,8 mln. ton neftin 24 mln. tonu ixraca nəql edilib.

“İki sahil” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "Twitter" hesabında paylaşım edib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə 7% artımla hasil edilmiş 42,5 mlrd. kubmetr qazın 20,1 mlrd. kubmetri ixrac olunub.

Yanvar-noyabr aylarında qaz ixracı 19% artıb. Avropaya 10,3 mlrd. kubmetr, Türkiyəyə 7,6 mlrd. kubmetr, Gürcüstana isə 2,2 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP Türkiyəni 5,2 mlrd. kubmetr qazla təchiz edib.