15 dekabr 2022 11:29
407

“Mastercard”ın Azərbaycanda bazar payı məlum olub

“Mastercard”ın Azərbaycan bazarında payı məlum olub.

“İki sahil” xəbər verir ki, bunu “Mastercard” beynəlxalq ödəniş sisteminin Azərbaycan və Türkiyə üzrə Baş Direktoru Avşar Gürdal deyib. O bildirib ki, hazırda şirkətin Azərbaycan bazarında payı 50% təşkil edir.

“Azərbaycan Mərkəzi Bankı ilə yaxın əməkdaşlıq var. Həyata keçirilən layihələrlə “Mastercard”ın bazar payının daha da artacağını deyə bilərik. Bu isə rəqiblərimizə uduzmadığımızı deməyə əsas verir”.