15 dekabr 2022 11:32
356

Azərbaycanda birbaşa xarici investisiyalar 29% artıb

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalar 28,6% artaraq 4,6 milyard dollara yüksəlib.

"İki sahil" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bir il əvvələ nisbətən investisiyalarda neft-qaz sektorunun xüsusi çəkisi 14,4 bənd azalaraq 69,8 % təşkil edib.