15 dekabr 2022 12:05
355

Azərbaycanın neft-qaz sektoruna sərmayələr 12% azalıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın neft-qaz sektoruna 4 263,9 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 12,2% azdır.

Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, 2021-ci ilin müvafiq dövründə sözügedən göstərici 4 854,1 mln. manat səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 765,5 mln. manat həcmində vəsait yönəldilib, bu da illik müqayisədə 6,9% azalma deməkdir.