15 dekabr 2022 12:47
607

Moskva-Gəncə təyyarəsi hava limanına məcburi eniş edib

Moskva-Gəncə təyyarəsi hava limanına məcburi eniş edib.

Bu barədə "İki sahil"ə “Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib

Məlumata görə, "Utair" aviaşirkətinin Moskva-Gəncə marşrutu üzrə reys həyata keçirən hava gəmisinin kapitanı təyinat yerini bürüyən dumanla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.

Boeing 737 təyyarəsi yerli vaxt ilə saat 10:42-də Bakı hava limanına eniş edib.