15 dekabr 2022 15:08
380

Düyünü niyə Pakistandan deyil, başqa ölkədən idxal etməliyik? Yusif Abdullayev

Azərbaycan Pakistandan düyü idxalının genişləndirilməsində maraqlıdır.

“İki sahil” xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev Pakistan Düyü İxracatçıları Assosiasiyasının Azərbaycana biznes missiyası çərçivəsində keçirilən tədbirdə bildirib.

“Azərbaycan hökuməti Pakistan düyüsünü 5 il müddətinə idxal gömrük rüsumundan azad edib. Bu qərar təxminən bir həftədən sonra qüvvəyə minəcək və Pakistandan Azərbaycana düyü ixracını genişləndirəcək, Pakistan ixracatçıları üçün yeni imkanlar açacaq. Azərbaycanda da Pakistandan düyü idxalı təşviq ediləcək. Qardaş ölkədə yüksək səviyyədə düyü istehsalı var. Bu halda düyünü niyə Pakistandan deyil, başqa ölkədən idxal etməliyik?”, - deyə o qeyd edib.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin dəyəri 2020-ci illə müqayisədə 11,6% azalaraq 11 milyon 729 min ABŞ dolları təşkil edib. Bu ilin yanvar-oktyabr aylarında isə iki ölkə 19 milyon 045 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.