16 dekabr 2022 13:51
390

İnarə Vəliyeva: Elektron hökumətin yenidən formalaşdırılması prosesi tez bitəcək

Elektron hökumətin yenidən formalaşdırılması prosesi ehtimalımıza görə tez bitəcək.

“İki sahil” xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva mətbuat konfransında bildirib.

“Bu prosesin rəsmi tərəfi var. Növbəti 2 ay ərzində bitməsi planlaşdırılır. Bütün komanda olaraq hamının birləşdirilməsi planlaşdırıldığı üçün bizim birgə işləməyimizin qarşısını kiçik rəsmiyyətlər alır”, - deyə İ.Vəliyeva bildirib.