16 dekabr 2022 14:27
299

8 sığorta agentinin lisenziyası bərpa edilib

Azərbaycan Mərkəzi Bankı 8 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasının qüvvəsini bərpa edib.

“İki sahil” bu barədə tənzimləyici quruma istinadla xəbər verir.

Məlumata görə, bununla bağlı qərar dekabrın 14-də, "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta agentlərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.