16 dekabr 2022 15:09
421

Azərbaycan neft məhsullarının ixracının 47%-dək azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 432 154,52 min ABŞ dolları dəyərində 654 645,68 ton neft məhsulları ixrac edib.

"İki sahil"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 27%, həcmi isə 46,7 dəfəyə yaxın azalıb.

Xatırladaq ki, ötən il Azərbaycan 649 567,45 min ABŞ dolları dəyərində 1 341 851,3 ton neft məhsulları ixrac edib. Hesabat dövründə, Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2020-ci ilin göstəricisi ilə müqayisədə 2,2 dəfədən çox, həcmi isə 26,1% artıb.