16 dekabr 2022 15:56
426

Azərbaycan bu il 29 ölkəyə 24 milyon tondan çox neft ixrac edib

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan İtaliyaya 6 452 953,4 min ABŞ dolları dəyərində 8 629 449,63 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

"İki sahil"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin miqdarında görə - red.) ikinci yerdə İsrail qərarlaşıb.

Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 1 566 905,92 min dollar dəyərində 2 150 621,72 ton neft ixrac edib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Yanvar-noyabr aylarında bu ölkəyə 1 625 428,01 min dollar dəyərində 2 016 842,39 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 29 ölkəyə 18 318 642,45 min dollarlıq 24 318 448,83 ton neft ixrac edib.