Hamımıza yaxşı məludur ki, Qarabağda sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərimizdə erməni teroru, ermənilər tərəfindən yeraltı və yerüstü sərvətlərimizin talan edilməsi davam edir.
İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzərQold” Qapalı Səhimdar Cəmiyyətinin mütəxəsislərindən ibarət işçi qrupu tərəfindən erməni talanı nəticəsində ölkəmizə vurulan zərərin, Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qanunsuz istismarını öyrənmək məqsədilə həmin ərazilərdə monitorinqlər keçirmək cəhdinə istər sülhməramlılar, istərsə də ermənilər ciddi cəhdlə imkan verməmişdir.
Artıq səbri daşmış xalqımız flora və faunamıza qarşı ermənilərin törətdiyi cinayətlərə qarşı öz haqq səsini qaldırmış və bildiyimiz kimi dekabr ayının 12-dən təbii sərvətlərimizin qanunsuz istismarına etiraz olaraq qeyri-hökümət təşkilatlarının təsisçiləri, bir qrup fəal Laçın-Şuşa yolunda dinc aksiya keçirməyə başlamışdır.
Təssüflə qeyd etməliyik ki, ermənilər və onların havadarları Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda son bir neçə gün ərzində həyata keçirdiyi haqlı aksiyanın Xankəndində yaşayan erməniləri təhdid etmək, onları blokadaya salmaq kimi qiymətləndirərək dünyaya iftira dolu xəbərlər yayırlar, vəziyyəti fərqli yalanlarla yaymağa çalışırlar. Keçirilən dinc aksiya iştirakçıları tərəfindən Laçın yolunun bağlanmasının güya ermənilər yaşayan ərazilərimizdə hümanitar fəlakətə yol açdığını iddia edən Ermənistan həmişə olduğu kimi yenə də dünya ictimaiyyətinin diqqətini törətdikləri vəhşilikdən, məsələnin əsl məğzindən yayındırırlar və ən başlıcası isə bu sülh aksiyasının Qarabağda yaşayan ermənilərə qarşı yönəldiyini bildirirlər.
Hamımıza yaxşı məlumdur ki, üçtərəfli razılaşmadan iki ildən artıq vaxt keçməsinə baxmayaraq Ermənistan höküməti razılaşmanın şərtlərinə əməl etmir və erməni silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarılmır. Məhz bunun nəticəsidir ki, sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərimizdə erməni təxribatı davam edir, Ordumuzun postlarına atəşlər açılır, insan təlafatı davam edir.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev dəfələrlə ən yüksək tribunalardan bəyan edir ki, əslində humanitar dəhliz olan Laçın yolundan ərazimizə Ermənistandan silah-sursat, hərbi texnikalar daşınır. Üçtərəfli razılaşmadan sonra Azərbaycan ərazisində 2700 dən çox 2021-ci il Ermənistan istehsalı olan minaların aşkar olunması buna əyani sübutdur. Odur ki, bugün də davam edən sülh aksiyasının içtirakçıları erməni teroruna son qoyulmasını tələb edir və dinc erməni əhalisinə məxsus mülki maşınların, təcili tibbi yardım maşınlarının keçidinə heç bir mane olmadığını ermənilərə və bütün dünyaya bəyan edirlər.
Möhtərəm Prezidentimiz öz cıxışlarında dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və digər vətəndaşlarımız kimi onların da Konstitusiya hüquqlarının təminatına Azərbaycan höküməti zəmanət verir.
Bu gün Laçın yolunda keçirilən dinç aksiyanın iştirakçıları bir daha bəyan edirlər ki, hədəfləri dəyişilməzdir və məqsəd bölgədə sülhə nail olmaqdır.
Elgiz Hüseynov,
YAP Yevlax rayon təşkilatının fəalı
Ümid körpüsündən Zəngəzura: Heydər Əliyevin ümidindən İlham Əliyevin reallığına
Sahil Kərimli: Vaşinqton sammiti Azərbaycanın sülh gündəliyinin mühüm nəticəsidir