17 dekabr 2022 09:42
475

Güclü duman səbəbindən Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə geri qayıdıb

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən "Azərbaycan Hava Yolları"nın J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı hava limanına qayıtmaq qərarına gəlib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, təyyarə saat 09:18-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.