17 dekabr 2022 10:36
514

Cari tədris ilində 4265 tələbə təhsil krediti alıb

2022-2023-cü tədris ilinin payız semestrində təhsil tələbə kreditindən (TTK) yararlanan tələbələrin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan "İki sahil"ə verilən məlumata görə, bu günə qədər 4265 nəfərə TTK verilib. Onlardan 1641 nəfərin müraciəti sosial TTK, 2624 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.