17 dekabr 2022 11:06
520

Qızılın qiyməti növbəti dəfə 1 800 dolları ötüb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,69% artaraq, 1 800,2 ABŞ dollarına bərabər olub.

Bu barədə birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,10% artaraq, 23,33 dollar təşkil edib.

"APA-Economics"