17 dekabr 2022 11:58
514

Noyabrda dəmir yolu nəqliyyatından istifadə edənlərin sayı azalıb

Ötən ay dəmir yolu nəqliyyatı ilə 567,5 min sərnişin daşınıb ki, bu da oktyabra nisbətən 22,3 min nəfər azdır.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Xatırladaq ki, oktyabrda dəmir yolu nəqliyyatından istifadə edənlərin sayı 589,8 min nəfər olub.