Yanvar-noyabr aylarında ölkədən 654 min tondan çox xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha artıq olan məhsullar ixrac edilib. İxrac olunan məhsulların dəyəri isə 432 milyon ABŞ dollarından çoxdur.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Xatırladaq ki, ötən ilin müvafiq aylarında Azərbaycandan 1 milyon 228,7 min ton neft məhsulları ixrac edilib, həmin ixracın dəyəri 591 milyon dollar olub.