Azərbaycan və Səudiyyə Ərəbistanı Müştərək Komissiyasının birgə protokolu imzalanıb.
“İki sahil” xəbər verir ki, protokolu Azərbaycanın maliyyə naziri Samir Şərifovla Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid ibn Əbdül Əziz Əl-Faleh imzalayıb.
Qeyd edək ki, digər sənəd İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) ilə Səudiyyə Ərəbistanının Palatalar Federasiyası arasında birgə Biznes Şurasının yaradılması ilə bağlı olub.