Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 2022-ci ildə 68 faizdən çox artıb.
“İki sahil” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih dekabrın 19-da Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı İnvestisiya Forumunda deyib.
“Ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da artmasında böyük potensial var” - deyə, nazir əlavə edib.