19 dekabr 2022 16:39
728

Sahibkarlara bu il verilən güzəştli kreditlərin həcmi açıqlandı

Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin 11 ayında sahibkarların 2 343 layihəsinin maliyyələşdirilməsi üçün 119,6 milyon manat güzəştli kredit verilib.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" səhifəsində yazıb.

"Verilmiş kreditlər hesabına 2 500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur", - M. Cabbarov qeyd edib.