21 dekabr 2022 10:27
798

Sahibkarlığın İnkişafı Fondu Küveytin qurumları ilə əməkdaşlıq edə bilər

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) Küveytin müxtəlif qurumları ilə əməkdaşlıq edə bilər.

“İki sahil” SİF-ə istinadən xəbər verir ki, bu məsələ Fondun İdarə Heyətinin sədri Osman Xaliyevlə Küveytin Azərbaycandakı səfiri Abdullah Mohamed Abdullah Almauidi arasında keçirilmiş görüşdə müzakirə olunub.

Görüşdə SİF-in fəaliyyəti və sahibkarlar üçün həyata keçirilən dəstək mexanizmləri barədə məlumat verilib. Səfir Azərbaycan-Küveyt əlaqələrinin inkişaf etdiyini qeyd edib, Fondla əməkdaşlığın Küveytin müvafiq qurumlarına tövsiyə ediləcəyini bildirib.