Azərbaycanla Serbiya arasında qarşılıqlı investisiyanın təşviqi müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
"Serbiya Baş nazirinin müavini, maliyyə naziri Sinişa Mali və mədən və energetika naziri Dubravka Djedoviç ilə ölkələrimiz arasında uğurlu əməkdaşlıq, iqtisadi, ticarət əlaqələrinin genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi barədə fikir mübadiləsi aparılıb", - nazir bildirib.