21 dekabr 2022 17:36
670

Azərbaycan və Serbiya "yaşıl enerji" sahəsində əməkdaşlığı müzakirə ediblər

Energetika naziri Pərviz Şahbazov Serbiyanın Baş nazirinin müavini, maliyyə naziri Sinisa Mali və energetika naziri Dubravka Jedoviç ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə azərbaycanlı nazir "Twitter"də məlumat verib.

Onun sözlərinə görə, görüşdə təbii qaz, elektrik enerjisi və "yaşıl enerji" üzrə əməkdaşlıq imkanları müzakirə edilib.